Тема: İctimai Palata
Показать сообщение отдельно
Старый 19.03.2011, 01:06   #95
Нас 146%! ;-)
 
Аватар для prostak
 
Регистрация: 07.12.2010
Сообщений: 4,682
Сказал(а) спасибо: 467
Поблагодарили 1,460 раз(а) в 978 сообщениях
Вес репутации: 56
prostak на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

ÜMUMXALQ MİTİNQ KOMİTƏSİ YARADILDI

Martın 17-də AMİP qərargahında İctimai Palatanın (İP) Koordinasiya Şurasının iclası keçirilib. İclasa sədrlik edən AXCP sədri Əli Kərimlinin “Yeni Müsavat”a verdiyi məlumata görə, öncə İP-in aprelin 2-nə təyin etdiyi mitinqə hazırlıq məsələləri müzakirə olunub və Mitinq Komitəsi yaradılıb: “Qərara gəlindi ki, sabah (bu gün) mitinq komitəsinin ilk iclası keçirilsin və Bakı Şəhər İcra Hakimiyyətinə bayrama qədər rəsmi müraciət təqdim olunsun.

Mitinqin hazırlanması ilə bağlı əsas tezislər müəyyənləşdirildi və belə qərara gəlindi ki, mitinqin qətnamə layihəsi hazırlanıb İctimai Palatanın iclasına çıxarılsın, iclasda qətnamə təsdiq olunsun. Həmçinin qərara gəlindi ki, aprelin 2-də keçiriləcək mitinqin yalnız müxalifət partiyalarının mitinqi olmadığını, ümumxalq xarakteri daşıdığını vurğulamaq üçün tövsiyə olunsun ki, siyasi partiyaların heç biri partiya bayraqlarından və simvollarından istifadə etməsin. Yalnız ölkənin milli bayraqlarından istifadə olunsun və beləliklə, bu mitinqin yalnız müxalifət partiyalarının, hətta İctimai Palatanın da deyil, bütövlükdə ümumxalq etiraz aksiyası olması fikri vurğulansın”.

Əli Kərimli məlumat verdi ki, KŞ ictimai-siyasi vəziyyətlə bağlı müzakirə aparıb: “Eynulla Fətullayevə qarşı Azərbaycan hakimiyyətinin antiinsani münasibəti, ona təzyiqlər hiddətlə qarşılandı. Hakimiyyətin bu hərəkəti qəti şəkildə pislənildi və xüsusi olaraq hakimiyyətdən tələb olundu ki, Eynulla Fətullayevlə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinin qərarı dərhal yerinə yetirilsin. Eyni zamanda Novruz bayramı ərəfəsində digər siyasi məhbusların da azad edilməsi təklif olundu”.

AXCP sədri Yaxın Şərqdə baş verən hadisələri də KŞ-nin müzakirə etdiyini bildirdi: “Liviyada və Bəhreyndə tiranların xalqlara qarşı silah istifadə etməsini, insanların qətlə yetirilməsini qəti şəkildə pislədik. Dünya birliyini bu diktatorları durdurmaq üçün təcili addımlar atmağa çağırdıq”.

İclasda İP-in 24 martda keçiriləcək sessiyasına hazırlıq məsələləri də müzakirə edilib: “Təklif olundu ki, mitinqə hazırlıq məsələsi və mitinqin qətnaməsinin müzakirəsi sessiyanın gündəliyinə təklif edilsin. Təşkilati məsələlərlə bağlı müzakirələr apardıq. İctimai Palataya qəbul üçün 10-larla müraciət var. Biz o müraciətləri müzakirə etdik, müzakirələr gələn iclasda da davam edəcək və məqsədəuyğun sayılan namizədlərin təsdiq olunması İctimai Palatanın sessiyasına təklif olunacaq. Eyni zamanda İctimai Palatanın komissiyalarının təşkili məsələləri müzakirə olundu. Müdafiə və Təhlükəsizlik komissiyası tərəfindən hazırlanmış Komissiyanın Əsasnaməsi və fəaliyyətinin ümumi prinsipləri haqqına sənəd əsas kimi qəbul olundu”.

Komissiyaların fəaliyyəti ilə bağlı müzakirələrin növbəti iclasda da davam etdirilməsi qərara gəlinib.

***************

Пролетарии недовольные всех стран мастей, соединяйтесь!
__________________
Aquila non captat muscas



prostak вне форума   Ответить с цитированием